DÇ-2022: Serbiyanın yekun heyəti açıqlandı
Futbol üzrə Serbiya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Msport.az Serbiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Draqan Stoykoviçin mundiala aparacağı 26 nəfərlik heyətdə 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Serbiya G qrupunda Braziliya, Kamerun və İsveçrə ilə mübarizə aparacaq.