featured-image-17244

Qətərdə keçiriləcək dünya çempionatı zamanı stadionlarda və ətrafda pivə satılmayacaq.

Msport.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Stadionlarda yalnız alkoqolsuz içkilər satışda olacaq.

Dünya çempionatının rəsmi nümayəndəsi bu gün səhər təsdiqləyib ki, arenalarda pivə satışı olmayacaq. Ona rəsmi açıqlama üçün icazə verilmədiyindən anonim qalmasını istəyib. Bu gün Qətər rəsmən DÇ-2022 zamanı stadionlarda pivə satışının qadağan olunacağını elan edəcək.

FİFA-nın pivə şirkətlərindən biri ilə 75 milyon dollarlıq müqaviləsi var. Qətərin qərarı bu müqavilənin ləğvinə gətirib çıxara bilər.

Alkoqollu içkilər ancaq lüks klass lojalarda olacaq ki, orda da FİFA-nın rəsmi şəxsləri və digər vip qonaqlar əyləşəcək.

Qətərdə alkoqollu içkilərin ictimai yerdə qəbulu rəsmən qadağandır. Alkoqollu içkiləri Dohanın bəzi otellərinin restoranlarında içmək mümkündür.

 

Bənzər xəbərlər