DÇ-2022: Varan ilk oyunda meydana çıxa bilər
Fransa millisinin baş məşqçisi Didye Deşam Rafael Varanın dünya çempionatının ilk oyununda meydana çıxa biləcəyini deyib.
Msport.az “eurosport.fr”ya istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis “Mançester Yunayted”in müdafiəçisinin Avstraliya ilə matçda oynamasında problem olmadığını vurğulayıb:
“Rafael Varanla bağlı hər şey qaydasındadır. O, formadadır və Fransa yığmasının ilk oyununa hazırdır”.
Xatırladaq ki, Varan oktyabrın 22-də “Çelsi” ilə görüşdə zədə almışdı. O, Obameyanqla mübarizədə sürüşmə fəndinin yerinə yetirərkən zədələnmişdi.
Fransa yığması q2rupda ilk oyununu noyabrın 22-də Avstraliyaya qarşı keçirəcək. D qrupunda Danimarka və Tunis komandaları da mübarizə aparır.