DÇ-2022-yə sonuncu vəsiqənin sahibi müəyyənləşdi
Bu il Qətərdə keçiriləcək dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib.
Msport.az xəbər verir ki, sayca 32-ci iştirakçı komanda adını Kosta Rika yığması qazanıb.
Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib. Kosta Rika yığmasının yeganə qolunu 3-cü dəqiqədə Joel Kempbell vurub.
Kosta Rika millisi DÇ-2022-də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb.
Xatırladaq ki, DÇ-2022 21 noyabr-18 dekabrda təşkil olunacaq.