DÇ-2026: Finalı idarə edəcək hakim məlum oldu
DÇ-2026-nın İspaniya və Argentina milliləri arasında keçiriləcək final oyununun hakimləri məlum olub.
Msport.az xəbər verir ki, həlledici qarşılaşma sloveniyalı Slavko Vinçiçə tapşırılıb. 46 yaşlı referiyə həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını iordaniyalı Adham Mahadme yerinə yetirəcək. Ehtiyat köməkçi hakim isə onun həmyerlisi Məhəmməd Əl-Kalaf olacaq.
Vinçiç Avro-2024-də İspaniya ilə Fransa arasında yarımfinal oyununu, həmçinin həmin il Çempionlar Liqasında “Borussiya Dortmund” – “Real” finalını idarə edib.
Qeyd edək ki, İspaniya – Argentina finalı iyulun 19-da Nyu-Yorkda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq..







