De Byazi 3 futbolçunu heyətdən uzaqlaşdırdı
Azərbaycan yığması Millətlər Liqasında bu gün Slovakiyanın qonağı olacaq.
Msport.az xəbər verir ki, millinin ilkin heyəti açıqlanıb.
Yığmanın baş məşqçisi Canni De Byazi 26 oyunçudan 3-nü – Mahir Emreli (cəzalı), Rüstəm Əhmədzadə və Qismət Alıyevi siyahıdan çıxarıb.
Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev;
Müdafiəçilər: 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Cəlal Hüseynov, 6. Höccət Haqverdi, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Anton Krivotsyuk;
Yarımmüdafiəçilər: 3. Elvin Cəfərquliyev, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22. Aleksey İsayev;
Hücumçular: 9. Renat Dadaşov, 10. Musa Qurbanlı, 11. Ramil Şeydayev.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı bu gün saat 22:45-də başyalacaq.