featured-image-14196

“Sabah” klubunun İdarə Heyətinin üzvü, MFL-in yaradıcılarından biri, Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacı millimizin baş məşqçisi Canni de Byazi ilə müqavilənin uzadılmasını tənqid edib.

Msport.az xəbər verir ki, “Bakinski raboçi” qəzetinin və “1 news” agentliyinin rəhbəri olmuş jurnalist sosial şəbəkədə bununla bağlı rəy yazıb. O, italiyalı mütəxəssisin postundan uzaqlaşdırılmasının vacib olduğunu bildirib:

“Qurban Qurbanovun dövründə Millətlər Liqasında 2-ci yer uğursuzluq hesab edilirdisə, De Byazi də eyni nəticəyə görə kənarlaşdırılmalı idi.

Bundan başqa, De Byazinin qarşısında hansı hədəflər qoyulmuşdu ki, onun işi məqbul hesab edilib? Motivasiyasız komandalarla xal qazanmağına görəmi işləməsi üçün bir il də imkan yaradıldı? Və nəhayət, baş məşqçinin qarşısında yeni kontraktla hansı hədəflər qoyulub”?

Maraqlı olan odur ki, Rəhman Hacı AFFA-nın sabiq icraçı vitse-prezidenti, hazırda FİFA-nın Avropa Milli Assosiyasiyalar üzrə direktoru Elxan Məmmədovun dostudur.

media-изображение_2022-10-04_223705059

Bənzər xəbərlər