De Byazi Polşa millisinin təklifini qəbul etsə...
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin Polşa yığmasındakı mümkün qazancı bəlli olub.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda sözügedən kollektivi çalışdırmağa əsas namizədlərdən olan italiyalı mütəxəssis Polşa Futbol İttifaqının (PZPN) təklifini qəbul etsə, illik 2,5 milyon avro alacaq.
PZPN yeni baş məşqçinin xərclərini qarşılamaq üçün müxtəlif sponsorlarla danışıqlar aparacaq.
Qeyd edək ki, 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazi 2018-ci ildə Polşa yığmasını çalışdırmaq təklifi alsa da, PZPN-in həmin vaxtkı prezidenti Zbiqnyev Bonek son anda qərarını dəyişib.