“Zirə”dən minimal hesablı qələbə, “Araz-Naxçıvan” “Qəbələ”ni üstələdi - YENİLƏNİR
Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Saat 18:00-da başlayacaq matçın baş hakimi Fərid Hacıyev olacaq.
Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.
Günün digər oyununda isə “Zirə” evdə “Kəpəz”lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.
İlk turdan sonra hərəyə 3 xalı olan iki kollektiv 4-5-ci yerləri bölüşdürürlər.
Azərbaycan Premyer Liqası
II tur
12 avqust (şənbə)
18:00. “Araz-Naxçıvan” – “Qəbələ” 2:0
Qol: Azzazui, 17
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Dalğa Arena”
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 4. İqor Ribeyro
“Qəbələ”: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo
21:00. “Zirə” – “Kəpəz” 1:0
Qol: Q.Əliyev, 64
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu, 21:00
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman
“Kəpəz”: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 44. Nihat Fərəci, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev
Qeyd edək ki, turun “Qarabağ” – “Turan Tovuz” və “Sumqayıt” – “Sabah” görüşləri avqustun 13-də, “Neftçi” – “Səbail” matçı isə avqustun 14-də baş tutacaq.







