Derbini "Fənər" qazandı
Bu gün Türkiyə Superliqasının 32-ci turunda İstanbul derbisi olub.
Msport.az xəbər verir ki, “Fənərbaxça” prinsipial oyunda “Qalatasaray”ı məğlub edib – 2:0.
Bu komandalar arasında bu mövsüm ölkə çempionatında oynanılan ilk görüşdə də “Fənər” 2:1 hesabı ilə qalib gəlmişdi.
10 aprel
“Fənərbaxça” – “Qalatasaray” – 2:0
Qollar: Zayts, 26, Dursun, 68
Baş hakim: Atilla Karaoğlu
Bu qələbədən sonra xallarını 59-a çatdıran “Fənərbağça” 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə 41 xalla 14-cü pilləyə geriləyib.