featured-image-65659

Azərbaycan çempionatının I Liqasında oynamaq uğrunda pley-off oyunu keçirilib.

Msport.az xəbər verir ki, qarşılaşma “ASCO Arena”da baş tutub.

Başa çatan mövsümdə I Liqada 9-cu yeri tutan “Difai” II Liqada 4-cü olan “Haypers Quba”nı sınağa çəkib və rəqibinə 3:1 hesabı ilə qalib gəlib. 15-ci dəqiqədə Xəyal Bədirov hesabı açıb. 51-ci dəqiqədə Ceyhun Muxtarlı fərqi artırıb. Oyunun sonlarında Fərid Kərimzadə də rəqib qapısına yol tapıb.

Quba klubunun gücü təsəlli qoluna çatıb. İlqar Ələkbərov 90+3 fərqlənərək yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, Ağsu təmsilçisi bu qələbə ilə I Liqadakı yerini qoruyub.

“Haypers Quba” isə yeni mövsümdə də II Liqada mübarizə aparacaq.

Bənzər xəbərlər