featured-image-49452

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu millimizin futbolçusu Mahir Emreli ilə bağlı paylaşım edib.

Msport.az xəbər verir ki, paylaşımda 27 yaşlı hücumçunun Qazaxıstanla yoldaşlıq oyununda yığmamızın ilk qolunu vurması qeyd olunub:

“Bizim Mahir vurduğu qolla geridönüşə start verdi. Bravo, Emreli”.

Qeyd edək ki, oyun millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

media-mah

Bənzər xəbərlər