"Dinamo" Mahiri toplanışa aparmır
Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Emreli ilə yanaşı Moreno Zivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.
Qeyd edək ki, 2022-ci ildən “Dinamo”da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatmalıdır. Futbolçunun klubu ilə yollarını ayıracağı gözlənilir.