featured-image-14890

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Araz Naxçıvan” – “Turan Tovuz-2” oyununda TTY briqadasının gecikməsi səbəbi ilə “Araz Naxçıvan” klubu 160 manat cərimə olunub. “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub. “Araz Naxçıvan”ın futbolçusu Xəyal Tomarov oyunun 88-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Kəpəz-2“ oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.

“Səbail-2” – “Şamaxı-2” oyununda oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbi ilə “Səbail” klubu 160 manat cərimə olunub. “Səbail”in baş məşqçi Asif Mirili hakimə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün baş məşqçi 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

“Zaqatala” – “Qarabağ-2” oyununda TTY briqadası oyuna vaxtında gəlmədiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunub.

MOİK – “Zirə-2” oyununda “Zirə” oyunöncəsi elektron protokolu sistemə vaxtında ötürmədiyi üçün klub 80 manat cərimə olunub.

Bənzər xəbərlər