featured-image-16137

PSJ-nin müdafiəçisi Serxio Ramos İspaniya millisinə qayıdıb DÇ-2022-də oynamaq arzusunda olduğunu bildirib.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 36 yaşlı futbolçu yenidən yığmaya dönmək istəyini gizlətməyib:

“Hər kəs yaxşı bilir ki, bu formanı geyməyin anlamı nədir. Mən yenə özümü yaxşı hiss edirəm və mundialda oynamağa hazıram. Amma bu məndən asılı deyil, çox hörmət etdiyim Luis Enerike qərar verir.

Yenidən yığmaya qayıdıb dünya çempionatında oynamağı arzu edirəm. Ümid edirəm ki, Qətərə gedə biləcəm”.

Serxio Ramos bu mövsüm PSJ-nin heyətində 17 oyunda 1 qol vurub və bir məhsuldar ötürmə verib”.

Bənzər xəbərlər