featured-image-17476

İtaliya millisinin qapıçısı Canluici Donnarumma DÇ-2022 haqqında danışıb.

Msport.az “RAİ Sport”a istinadən xəbər verir ki, PSJ-nin üzvü DÇ-2022 barədə bunları deyib:

“Dünya çempionatını kənardan izləmək çox çətindir. Buna hələ də kədərlənirik. İndi ağlamağın mənası yoxdur”.

Daha sonra qapıçı, İtaliya millisinin hazırki durumunu şərh edib:

“Neqativ enerjini müsbətə çevirməliyik. Əminəm ki, biz bunu edəcəyik. Çünki gənc oyunçulardan ibarət böyük komandamız, bu vəziyyətdən çıxmağı bacaracaq məşqçimiz var”.

İtaliya millisi pley-off mərhələsində Şimali Makedoniyaya məğlub olaraq (0:1), DÇ-2022-dən kənarda qalıb.

Bənzər xəbərlər