Dünya çempionatının 26 gənc futbolçusu - Ronaldonun dublunu və Rivaldonun simulyasiyasını videoda izləyənlər
DÇ-2022-yə 26 futbolçu yollanır ki, onlar Braziliya – Almaniya finalını (DÇ-2002, 2:0) canlı izləməyiblər. Həmin matçda Ronaldo dubl edərək Braziliyanı “pentakampeonlar” edə bilmişdi.
Msport.az “Sports.ru”ya istinadən bu siyahıda Rivaldonun simulyasiyasına, Ronaldinyonun cərimə zərbəsinə, Hakan Şükürün supersürətli qoluna və Ronaldonun dubluna yalnız videoicmallarda baxan gəncləri təqdim edir.
Onların hamısı DÇ-2002-dən sonra anadan olublar və indi Qətərə gedirlər.
Xavi Simons – Niderland
Anadan olub: 21 aprel 2003-cü il. (19 yaş)
Klub: PSV
Fakt: “Barselona”nın yetirməsi olsa da, sonra PSJ onu ələ keçirib.
Pap Matar Sarr – Seneqal
Anadan olub: 14 sentyabr 2002-ci il (20 yaş)
Klub: “Mets”
Fakt: 2021-ci ildə Afrika Millətlər Kubokunu qazanıb. Həmin yarışda 4 oyunda iştirak edib.
Cud Bellinqem – İngiltərə
Anadan olub: 29 iyun 2003-cü il. (19 yaş)
Klub: “Borussiya” (Dortmund)
Fakt: 2020-ci ildə “Birmingem” yetirməsini “Borussiya”ya 25 milyon avroya satdı. Bu, klub tarixinin ən bahalı transferi idi.
Cozef Skalli – ABŞ
Anadan olub: 31 dekabr 2002-ci il. (19 yaş)
Klub: “Borussiya Münhenqladbax”
Fakt: Millidə bu yaxınlarda – 1 iyun 2022-ci ildə Mərakeşlə yoldaşlıq oyununda debüt edib.
Yunus Musa – ABŞ
Anadan olub: 29 noyabr 2002-ci il. (19 yaş)
Klub: “Valensiya”
Fakt: ABŞ millisində artıq 19 oyun keçirib.
Covanni Reyna – ABŞ
Anadan olub: 13 noyabr 2002-ci il. (20 yaş)
Klub: “Borussiya Dortmund”
Fakt: Üç dünya çempionatında ABŞ millisində oynamış Klaudio Reynanın oğludur.
Qaranq Kuol – Avstraliya
Anadan olub: 15 sentyabr 2004-cü il (18 yaş)
Klub: “Sentral Kost Merines” (Avstraliya)
Fakt: Cənubi Sudanda anadan olub. Bu Afrika ölkəsinin pasportuna da sahibdir.
Eduardo Kamavinqa – Fransa
Anadan olub: 10 noyabr 2002-ci il (20 yaş)
Klub: “Real”
Fakt: 2021-ci ildə “Real” fransalı futbolçunu “Renn”dən 31 milyon avroya aldı.
Annibal Mejbri – Tunis
Anadan olub: 21 yanvar 2003-cü il (19 yaş)
Klub: “Birmingem”
Fakt: “Mançester Yunayted”in heyətində Premyer Liqada 3 oyun keçirib, indi icarədədir.
Djevison Bennette – Kosta-Rika
Anadan olub: 15 iyun 2004 (18 yaş)
Klub: “Sanderlend”
Fakt: Kosta-Rika yımasının tarixində ən gənc oyunçudur. 17 yaş 2 aylığında millidə debüt edib.
Brandon Aqilera – Kosta-Rika
Anadan olub: 28 iyun 2003 (19 yaş)
Klub: “Quanakasteka” (Kosta-Rika)
Fakt: “Nottingem Forest”in oyunçusu olsa da, indi vətənində icarədədir.
Yussufa Mukoko – Almaniya
Anadan olub: 20 noyabr 2004-cü il (17 yaş)
Klub: “Borussiya Dortmund”
Fakt: 1954-cü ildən bu yana yığmada oynamış ən gənc futbolçu olub. Omanla oyun günündə o 17 yaş 361 günlük idi.
Camal Musiala – Almaniya
Anadan olub: 26 fevral 2003-cü il (19 yaş)
Klub: “Bayern Münhen”
Fakt: Artıq Münhen klubunda 27 qol vurub.
Qavi – İspaniya
Anadan olub: 5 avqust 2004-cü il (18 yaş)
Klub: “Barselona”
Fakt: 11 yaşında “Real”da ola bilərdi. Lakin “Barselona” daha cəld tərpənərək onu “Betis”in akademiyasından apardı.
Pedri – İspaniya
Anadan olub: 25 noyabr 2002-ci il (19 yaş)
Klub: “Barselona”
Fakt: Avro-2020-nin ən yaxşı gənc oyunçusu olub.
Ansu Fati – İspaniya
Anadan olub: 31 oktyabr 2002-ci il (20 yaş)
Klub: “Barselona”
Fakt: “Barselona”nın tarixində ən gənc bombardirdir – 16 yaş 304 gün. İspaniya yığmasında ən gənc qol vurmuş oyunçu – 17 yaş 311 gün.
Yeremi Pino – İspaniya
Anadan olub: 20 oktyabr 2002-ci il (20 yaş)
Klub: “Vilyarreal”
Fakt: Avrokubokların finalında oynamış ən gənc ispan futbolçudur. 18 yaş 218 günlük olanda “Vilyarreal” “Mançester Yunayted”i Avropa Liqasının finalında (2020\2021) məğlub etdi.
Niko Uilyams – İspaniya
Anadan olub: 12 iyul 2002 (20 yaş)
Klub: “Atletik”
Fakt: Dünya çempionatında Qananın formasını geyinəcək İnyaki Uulyamsın kiçik qardaşıdır.
Zeno Debast – Belçika
Anadan olub: 24 oktyabr 2003 (19 yaş)
Klub: “Anderlext”
Fakt: Aşağı yaş qrupları üzrə yığmaların hamısında oynayıb. Əsas millidə iki oyun keçirib.
Luka Suçiç – Xorvatiya
Anadan olub: 8 sentyabr 2002-ci il (20 yaş)
Klub: “Zaltsburq”
Fakt: Linsdə anadan olsa da, Avstriya pasportu yoxdur.
Bilal El-Xannus – Mərakeş
Anadan olub – 10 may 2004 (18 yaş)
Klub: “Genk”
Fakt: Belçikanın aşağı yaş qrupları üzrə komandalarında çıxış edib.
Simon Nqapanduanbyü – Kamerun
Anadan olub: 12 aprel 2003 (19 yaş)
Klub: “Marsel”
Fakt: Fransanın gənclər yığmasına çağırılsa da, bir oyunda da şans əldə etməyib.
Ardon Yasari – İsveçrə
Anadan olub: 30 iyul 2002 (20 yaş)
Klub: “Lütsern”
Fakt: Böyük futbolda 2020-ci ildə debüt edib.
Abdul İssaxaku – Qana
Anadan olub: 8 mart 2004 (18 yaş)
Klub: “Sportinq”
Fakt: 2021-ci ildə gənclərin Afrika Millətlər Kubokunun qalibi və ən yaxşı oyunçusu
İbrahim Danland – Qana
Anadan olub: 2 dekabr 2002 (19 yaş)
Klub: “Asante Kotoko” (Qana)
Fakt: Qana çempionatından yığmaya dəvət alan iki futbolçudan biridir.
Antoniu Silva – Portuqaliya
Anadan olub: 30 oktyabr 2003 (19 yaş)
Klub: “Benfika”
Fakt: Çempionlar Liqasının cari mövsümündə “Yuventus”a qol vurub- 4:3.