featured-image-26919

“Qarabağ” dünya reytinqində 3 pillə geriləyib.

Msport.az “Opta”ya istinadən xəbər verir ki, Ağdam klubu siyahıda 72-ci yerə düşüb.

Azərbaycan çempionu 84,6 reytinq xalına malikdir. “Qarabağ” cədvəlin ilk “100-lüy”ündə yar alan yeganə Azərbaycan komandası olaraq qalır.

Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. “Neftçi” (77,7) 239-cu, “Sabah” (76,2) 295-ci, “Qəbələ” (72,0) 644-cü, “Zirə” (71,9) 651-ci yerdə qərarlaşıblar.

“Qarabağ” MDB məkanı təmsilçiləri arasında ikinci sırada yer alıb. Azərbaycan çempionunu yalnız “Şaxtyor”u (Donetsk) qabaqlayır. “Şaxtyor” 85,3 reytinq xalı ilə 62-ci pillədədir.

Türkiyənin isə iki klubu ilk “100-lüy”ə düşə bilib. “Fənərbağça” (84,7) 70-ci, “Qalatasaray” (83,0) 95-cidir.

13 660 komandanın yer aldığı cədvəldə ikihakimiyyətlilik var. “Bayern Münhen” ilə “Mançester Siti” eyni xalla (100 xal) liderliyi bölüşdürürlər. “Napoli” (98,0) üçüncü pillədə yer alıb.

Bənzər xəbərlər