Dünya reytinqi: “Qarabağ” və “Neftçi” gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların dünya reytinqini açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıda 507 klub yer alıb.
Azərbaycan siyahıda dörd klubla təmsil olunub. “Qarabağ” 183,75 xalla dünyanın 53-cü komandasıdır. Qurban Qurbanovun komandası ötən cədvəllə müqayisədə 5 pillə geriləyib.
“Zirə” növbəti böyük sıçrayışa imza atıb. Qəsəbə klubu 15 pillə irəliləyib. Rəşad Sadıqovun yetirmələri 62,25 xalla 369-cudur.
“Sabah” isə 17 pilləlik sıçrayışa nail olub. 60,75 xala malik Bakı təmsilçisi 388-cidir.
“Neftçi” 59,25 xalla 403-cüdür. Bakılılar 5 pillə geriləyib.
Qeyd edək ki, cədvələ “Mançester Siti” başçılıq edir – 401 xal.