featured-image-9449

Rusiya millisinin hücumçusu Artyom Dzyubanın Azərbaycan və Türkiyə komandalarından təklif aldığı deyilsə də, təcrübəli forvard hələ də klubsuzdur.

Msport.az xəbər verir ki, 33 yaşlı futbolçunun meneceri Artyom Proxorov yerli mətbuata açıqlamasında məsələyə aydınlıq gətirib:

“Dzyuba özünə komanda axtarırdı. “Qarabağ” və “Neftçi”nin onunla maraqlandığı iddia edilirdi. Dzyubanın həqiqətən, Türkiyə variantları var idi, lakin mən bilən, onun Azərbaycan klubuna keçidi ehtimalı düzgün deyildi. Bunlar sadəcə oyunçuya marağı artıran şayiələr idi. Bununla belə, futbolçunun hələ də komandasız qaldığını görürük. Bunda bir sıra amillər var. Əsas faktorlardan biri Dzyubanın maaşla bağlı heç kimlə razılaşmamasıdır. Digər tərəfdən Rusiya Premyer Liqasında ikinci “8-liy”in komandalarına getməz. O, qərar verməlidir, çünki vaxtı tükənir.

Bənzər xəbərlər