featured-image-49779

“Neftçi” ailəsi, mən sizinlə tam fərqli sağollaşmaq istəyərdim. Klubda çoxlu mehriban işçilər var idi”.

Msport.az xəbər verir ki, bu fikirlər Azərbaycan millisinin futbolçusu Eddi İsrafilova məxsusdur.

“Neftçi”dən ayrılan 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə paylaşım edib. Azarkeşlərlə vidalaşan futbolçu gedişinin səbəblərinə aydınlıq gətirib: “Klubun zəif idarəçiliyi və addımların həmişə gec atılmasına görə belə etməliyəm! Mənə və ailəmə bəxş etdiyiniz bütün sevgiyə görə sizə təşəkkür edirəm. Sizi hər zaman ürəyimdə daşıyacam. Bu formanı geyindiyim və bu komandanın kapitanlarından biri olduğum üçün fəxr edirəm”.

İsrafilov “Neftçi”yə uğurlar arzulayıb: “Sizə gələcəkdə uğurlar arzulayıram. Əziz azarkeşlər, onlara “Neftçi”də istədiklərini etməyə imkan verməyin. Unutmayın ki, siz klubun özüsünüz və əsl motoru sizsiz! Hamınızı bağrıma basıram. Bir daha “Forza Neftçi”!”.

Bənzər xəbərlər