featured-image-40033

Azərbaycan idmançısı Eduard Məmmədov Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatının qalibi olub.

Msport.az xəbər verir ki, o, 63 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib.

Məmmədov “Light Contact” və “Kick Light” versiyaları üzrə 6 döyüş keçirib. Portuqaliya, Britaniya, Qırğızıstan, Macarıstan, Hindistan, finalda isə Slovakiya idmançılarına qalib gələn həmyerlimiz karyerası ərzində 28-ci dəfə dünya çempionu olub.

Bənzər xəbərlər