Əfsanəvi futbolçu Deşamı qorxaq adlandırdı
Niderland millisinin sabiq futbolçusu Pyer van Hoydonk Fransa millisinin baş məşqçisi Didye Deşamı tənqid edib.
Msport.az xəbər verir ki, veteran hücumçu NOS nəşrinə açıqlamasında Deşamı qorxaq futbol oynatmaqda ittiham edib:
“Başa düşdük, Mbappe zədəlidir. Amma onun əlinin altında Muani, Koman, Barkalo kimi hücum oyunçuları var. Deşam nə edir? Meydana daha bir yarımmüdafiəçi buraxır və Rabyönü sol cinaha çəkir. Əsl qorxaq futboldur”.
Qeyd edək ki, Niderland – Fransa matçı qolsuz başa çatıb.