“Elçe”nin futbolçusu saxlanıldı
İspaniyanın “Elçe” klubunun hücumçusu Xosan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Msport.az xəbər verir ki, 36 yaşlı futbolçu həyat yoldaşına qarşı məişət zorakılıqlarında ittiham olunur.
Xosam artıq bir gecə polisdə saxlanılıb. Hücumçu xanımının şikayəti əsasında saxlanılıb.
Xanımın döyülmədən sonrakı fotoları və telefonuna gönsərilmiş təhqiramiz məzmunlu mesajlar sübut kimi iş materiallarına əlavə olunub.
Ailəyə yaxın şəxslərin dediyinə görə, onlar ayrılmaq ərəfəsində imişlər. Onların 2 qızı var.







