Eldəniz Əzizli ikiqat Avropa çempionu oldu
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Msport.az xəbər verir ki, bu gün Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxıb.
Eldəniz Əzizli (55 kq) finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 8:2 hesabı ilə qalib gələrək karyerasında ikinci dəfə Avropa çempionu olub.
Taleh Məmmədov (63 kq) isə digər Gürcüstan təmsilçisi Leri Abduladze ilə üz-üzə gəlib. 1:3 hesabı ilə uduza idmançımız turniri gümüş medalla başa vurub.
Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə litvalı Mantas Sinkeviçyusa ilk hissədə tam üstünlüklə (8:0) qalib gəlib. Süleymanov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həmyerlimiz həlledici görüşdə isveçli Albin Olofssonla qarşılaşıb və 5:0 hesablı qələbəylə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
İslam Abbasov (87 kq) bürünc medal qarşılaşmasında bolqar Yoan Dimitrovla mübarizə aparıb və 5:1 hesablı qələbəylə Avropa üçüncüsü olub.
130 kq çəki dərəcəsində Beka Kandelakin bürünc uğrunda rəqibi Dariuş Attila Vitek olub və 1:4 hesabı ilə uduzub.