featured-image-30680

“Neftçi” – “Sabah” oyunundan (1:0) sonra mətbut konfransında maraqlı anlar yaşanıb. Həmkarlarımızdan biri, daha dəqiq desək, Ağa Dadaşzadə “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampfa kifayət qədər normal sual verib:

“Neftçi” kubokun finalında istədiyi nəticəni əldə etməsə, sizin çamanadınınız hazırdır?” 

Prinsipial rəqibi “Qarabağ”dan 22 xal geri qalan məşqçi nə cavab versə, yaxşıdır? Rege deyib ki, “bir az hörmətlə sual verin. Necə belə sual verə bilərsiz? Çox axmaq sualdır. Bu, mənə qarşı hörmətsizlikdir”. 

Bəs Premyer Liqaya bu mövsüm geri qayıdan “Turan Tovuz”a 0:4 uduzanda bu “Neftçi” azarkeşlərinə qarşı hörmətsizlik deyildi? “Qadına zorakılığa son” şüarı ilə meydana daxil olan komandanın baş məşqçisinin keçmiş xanımı ilə saçyoldusuna çıxması tərbiyəsizlik deyil?

Mətbuat konfransında sualı verənin kimliyindən asılı olmayaraq, baş məşqçinin işi təmkinlə cavab verməkdir. Məşqçilər Pro kateqoriyası alarkən hazırlıq kurslarında əsas bəndlərdən biri də onların media ilə işləmək texnologiyasıdır. Görünür, Rege “Qəbələ Xanlar”da o qədər  zoğal arağı içir ki, mətbuat konfransınlarında da “paxmel”dən ayıla bilmir. Ən pisi isə odur ki, mətbuat xidmətinin rəhbəri bu gərginliyi sakitləşdirmək əvəzinə baş məşqçisi müdafiə edir, PFL-i belə jurnalistlərə akkreditasiya verdiyinə görə qınayır. Azərbaycan dilində gözəl ifadə var – “Ələkçinin qıl verənləri”.

Ötən həftə bu legionerlərlə bağlı Azərbaycan futbolunda baş verən yeganə xoşagəlməz hadisə olmadı. “Turan Tovuz” – “Səbail” matçından (2:2) sonra qonaqların hücumçusu Qoba Zakpa bir yerini əlinə alıb o boyda insanın qarşısında (üstəlik bu kadrlar canlı yayımda da göründü) tərbiyəsizlik etdi. “Səbail” rəsmiləri futbolçunu qınamaq əvəzinə mətbuat xidmətinin rəhbəri gənc xanımı irəli verdilər. Ayrı vaxt dil-dil ötən icraçı direktor Fərəc Əliyev öz qınına çəkilib danışmaq istəmədi. Gənc xanımı qabağa verdilər, çıx, denən ki, “alt paltarında problem yaranır və onu düzəldir”. Yəni o boyda “Səbail”də bunu mətbuata deməyə bir kişi tapılmadı?

AYXAN

 

 

Bənzər xəbərlər