featured-image-27178

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin bu mövsüm Çempionlar Liqasının (ÇL) qrup mərhələsində keçirilmiş “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununda əldə etdiyi gəlir bəlli olub.

Msport.az xəbər verir ki, 36 yaşlı baş hakim idarə etdiyi matça görə 7 000 avro qonorar alıb.

Türkiyənin “Sabah” nəşrinin araşdırmasına görə, referilər ÇL-in qrupunda hər qarşılaşma üçün məhz bu qədər qazanırlar.

Qeyd edək ki, “Kopenhagen” – “Borussiya” oyunu 1:1 hesabı ilə başa çatıb.

CAHİD

Bənzər xəbərlər