featured-image-64004

Azərbaycan Premyer Liqasının XXXI turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Ağır oyun alındı. Hər iki komanda meydanda mübarizə apardı. Oyunun çətin olacağını bilirdik. Matça hazırlaşanda da rəqibin təhlükəli tərəflərini oyunçulara bildirmişdik. Ümumilikdə pis oyun olmadı. Yolumuza davam edirik.

– Bir xalı qənaətbəxş sayırsınız?

– Çempionatın sonu yaxınlaşır, hər xal vacibdir. “Turan Tovuz” rəqiblərimizdən biridir. Onlar da meydanda öz iddialarını göstərirdilər. Elə oyun gedirdi ki, hər iki komanda qalib gələ bilərdi.

– Kubok oyununu düşünərək bu görüşdə nəsə dəyişiklik etmişdiniz?

– Heyətimiz geniş deyil. Zədəlilərimiz də var. Bu da rotasiyaya getməyə imkan vermir.

– Hakimliklə bağlı fikriniz necədir? Vandersonu ilk səhvində bağışlamadı, amma Faiq Hacıyevə qarşı yumşaq davrandı…

– Hakimlikdən danışmaq istəmirəm. Verdiyi qərara hörmətlə yanaşmalıyıq. Bu tip oyunlarda özünüz də görürsünüz ki, hər iki komanda mübarizə aparır. Məncə, ikinci sarı vərəqə… Hakimlər özləri də deyir ki, ucuz sarı vərəqədir.

– Matçdan sonra Nunu Rodrigeşlə danışığınız oldu. Nə söhbət edirdiniz?

– Oyuna çıxanda nə etməli olduğunu bildirmişdim. Verdiyim təlimatlarla bağlı danışdıq.

– Qarşıda “Qarabağ”la kubok oyunu var. Gözləntiniz nədir?

– Bizim üçün hər oyun önəmlidir. Bu matçı unudub, komandanı qarşıdakı görüşə hazırlayacağıq.

Bənzər xəbərlər