featured-image-82600

“Hər başlanğıcın bir sonu, hər yolun bir ayrılığı var… “Neftçi” forması ilə keçirdiyim hər an, qazandığım təcrübələr və yaşadığım xatirələr mənim üçün hər zaman xüsusi olacaq”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi” ilə müqaviləsinə xitam verilən yarımmüdafiəçi Elvin Camalov “Instagram” sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli futbolçu klubda keçirdiyi dövrü xatırlayaraq azarkeşlərə minnətdarlığını bildirib:

“Bu formanı daşımaq və bu böyük klubun bir parçası olmaq mənim üçün qürur idi. Mənə hər zaman dəstək olan, yaxşı gündə də, çətin gündə də yanımda dayanan bütün “Neftçi” azarkeşlərinə təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz mənim üçün hər zaman dəyərli olacaq. Bəzən yollar ayrılır, amma hörmət və xatirələr qalır. “Neftçi” həmişə qəlbimdə olacaq. Hər şey üçün təşəkkürlər, “Neftçi” ailəsi”.

Qeyd edək ki, “Neftçi” klubu yarımmüdafiəçisi Elvin Camalov ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

Bənzər xəbərlər