featured-image-82663

“Qəbələ” yarımmüdafiəçi Elvin Camalovla 2 illik müqavilə bağlayacaq.

Msport.az xəbər verir ki, bu barədə  31 yaşlı futbolçu məlumat verib.

Azərbaycan millisinin üzvü transferin yaxın vaxtda açıqlanacağını bildirib: “2 illik müqavilə müddəti nəzərdə tutulub. Hər iki tərəf üçün uğurlu olmasını istəyirik. Transferin yaxın vaxtda açıqlanması gözlənilir”.

Qeyd edək ki, 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunan E.Camalov 2 gün əvvəl “ağ-qaralar”dan ayrılıb. O, bu müddətdə Bakı klubunun heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Report

Bənzər xəbərlər