featured-image-14296

 

Azərbaycan millisinin Sabiq futbolçusu, hazırda Rusiyanın “Ximki” klubunun U-19 komandasında Nazim Süleymanovun köməkçisi işləyən Emin Ağayevin Msport az saytına müsahibəsi

Bir neçə gün öncə Rusiyadakı qismən hərbi səfərbərliklə bağlı sizə çağırış məktubu gəlmişdi. Hazırda məsələ nə yerdədir?
– Hələlik sakitlikdir, çağıran yoxdur. Bu yaxınlarda “Ximki”nin U-19 komandası ilə 1 illik müqavilə imzaladım. Artıq bir oyun keçirmişik. İkinci pillədə gedən “Rostov”un müvafiq yaş qrupu ilə qolsuz heç-heçə etdik. Üstəlik, 80-ci dəqiqədə penaltidən yararlana bilmədik. Növbəti turda isə “Soçi” ilə səfər oyununa çıxacağıq. Hər şey yavaş-yavaş qaydasına düşür.

Yeri gəlmişkən, “Ximki”yə keçidiniz necə baş tutdu?
– Nazim Süleymanov əlaqə saxlayıb, mənimlə birlikdə çalışmaq istədiyini söylədi. Bilirsiniz ki, mən bu komandada həm oynamış, həm də işləmişəm. Yenə hər şey əvvəlki kimi oldu.

– Qayıdaq müharibə mövzusuna. Hərbi komissarlıqdan məktub gələndə hansı hissləri keçirdiniz?
– Hələlik xüsusi bir hiss yoxdur. İkinci dəfədir bu halla üzləşirəm. 2011-ci ildə Suriyadakı müharibə zamanı da qismən səfərbərliklə bağlı çağırış məktubu gəlmişdi. Hərbi komissarlığa çağırıb boyumu, çəkimi ölçmuşdülər. Sadəcə, həmin vaxt vəziyyət bir qədər fərqli idi. Nə etmək olar? Çağırıblarsa, getmək lazımdır. Nəyə görə polislər evə gəlib məni axtarmalıdırlar? Özüm komissarlığa gedib hər şeyi danışdım, bəzi kağızlara qol çəkdim. 2 ay ərzində ölkəni tərk edə bilmərəm. Kimisi öz istəyilə gedir, bəzilərini evdən aparırlar. Mənə səfərbərlik elan olunduqdan 2 gün sonra “povestka” gəldi.

Ehtiyac yaranarsa, əlinizə silah alıb vuruşmağa hazırsınız?
– Nəsə demək çətindir. Həqiqətən bu suala nə cavab verəcəyimi bilmirəm.

Ötən mövsümün sonunda “Səbail”dən istefaya göndərildiniz. Hələ də bunun əsl səbəbini demək istəmirsiniz?
– Aftandil Hacıyev ayrıldı deyə biz də gedəsi olduq. Məni “Ximki”dən “Səbail”ə məhz Hacıyev dəvət etmişdi.

Keçmiş komandanızın oyunlarını izləyirsiniz?
– Əlbəttə, çempionatdakı bütün oyunlara baxıram.

– “Səbail” bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkir. Sizcə, səbəb nədir? Bəlkə komandanı əvvəlki məşqçilər heyətinin ahı tutub?

– Bilmirəm (gülür). Səbəbi bilmək üçün komandanın içində olmaq lazımdır.

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində Yunanıstanda “Olimpiakos”la qarşılaşacaq. Bu oyundan nə gözləyirsiniz?

– “Qarabağ”a inanıram. Həm çempionatda, həm də avrokuboklarda sabit çıxış edirlər. Çətin oyun olacaq. Heç-heçə olacağını hesab edirəm.

Bənzər xəbərlər