featured-image-36543

“Neftçi”nin kapitanı Emin Mahmudov Misli Premyer Liqanın 5-ci turunda “Sumqayıt”a qarşı matç ikiqat əlamətdar olub.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu qol ötürməsini etdiyi görüşdə 200-cü dəfə “ağ-qara” formanı geyinib.

Mahmudov Premyer Liqada 158 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2017-ci ildən “Neftçi”də oynayır.

Bənzər xəbərlər