featured-image-24059

Azərbaycan Premyer Liqasında heyətində ən çox əcnəbi futbolçu olan klub “Zirə”dir.

Msport.az xəbər verir ki, Rəşad Sadıqovun sərəncamında hazırda 13 legioner var. Ukraynadan gələn əslən azərbaycanlı Eldar Quliyev də çempionatımızda əcnəbi statusunda oynayır. “Zirə”nin xaricilərindən Vladislav Kulaç (Ukrayna) Bakıya gələn kimi zədələnib və debüt edə bilməyib. Bundan başqa, Felipe Paxtman da uzun müddətdir ki, zədəlidir.

Maraqlıdır ki, heyətində ən çox legioner olan ikinci komanda “Qəbələ”dir. Əyalət klubunda hazırda 11 əcnəbi futbolçu var. Onlardan ispaniyalı qapıçı Kristof Atanqana və ukraynalı yarımmüdafiəçi Andrey Strijak əsas heyət oyunçusu sayılmırlar. Atanqana cari mövsümdə 1 oyunda forma geyinib, Strijak isə 5 görüşdə üst-üstə 22 dəqiqə meydanda olub.

“Qarabağ”, “Neftçi” və “Sabah”ın heyətində hərəyə 10 legioner var.

“Şamaxı” Azərbaycan Premyer Liqasında yalnız yerli futbolçularla mübarizə aparan yeganə komandadır.

“Turan Tovuz”da Rusiyadan gəlmiş həmyerlimiz Ayxan Hüseynov əcnəbi statusunda çıxış edir.

Heyətində ən çox legioneri olan klublarımız: 

“Zirə” – 13

“Qəbələ” – 11

“Qarabağ”, “Sabah”, “Neftçi” – 10

“Sumqayıt”, “Səbail”, “Turan Tovuz” – 9

“Kəpəz” – 8

“Şamaxı” – 0

AYXAN 

 

Bənzər xəbərlər