featured-image-35609

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının III təsnifat mərhələsində HİK-ə (Finlandiya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Msport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:

“Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik. Bunun üçün var gücümüzü qoyacağıq. Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

HİK – “Qarabağ” oyunu saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda Azərbaycan təmsilçisi 2:1 hesablə qələbə qazanıb.

Bənzər xəbərlər