Ərəblər “Çelsi”ni Abramoviçdən almaq istəyirlər
Səudiyyə Ərəbistanı şirkəti “Çelsi” klubunu Roman Abramoviçdən almaq istəyir. Msport.az Goal-a istinadən xəbər verir ki, “Saudi Media” London klubunun satışı ilə məşğul olan “Reine Group”a bununla bağlı martın 11-də təklif göndərib.
Qeyd edək ki, Abramoviç klubun idarəetməsini fevralın 26-da “Çelsi” xeyriyyə fonduna təhvil verib. Rusiyalı iş adamı martın 2-də klubu satmaq niyyətində olduğunu bildirib. Abramoviç “Çelsi”nin satışından 4,84 milyard avro qazanmaq istəyir.
Britaniya hökuməti martın 10-da Abramoviçə sanksiyalar tətbiq edib. Onun hesablarına blok qoyulub.
“Zadəganlar” 27 oyundan sonra 56 xalla İngiltərə Premyer Liqasında 3-cü yeri tuturlar.