featured-image-84399

Lionel Messi məhsuldar oyunu ilə bağlı açıqlama verib.

Msport.az xəbər verir ki, əfsanəvi argentinalı futbolçu qarşısına 1000 qol vurmaq hədəfi qoymadığın deyib:

“Yox, mən 1000 qol vurmaq üçün qaçmıram. Hər zaman demişəm ki, məni bu cür rekordlar narahat etmir. Sadəcə oyunlardan zövq almaq istəyirəm”.

Qeyd edək ki, “İnter Mayami” klubunda çıxış edən hücumçu karyerası ərzində 937 qol vurub.

Bənzər xəbərlər