featured-image-83431

“Mançester Yunayted”in 16 yaşlı futbolçusu Cey-Cey Qabriel Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Msport.az xəbər verir ki, futbolçunun transferində əsas favoritlər Madrid “Real”ı və “Barselona” hesab olunur.

Gənc futbolçu ilə “Bavariya” və PSJ də maraqlanır. Lakin Qabrielin karyerasını İspaniyada davam etdirməyə üstünlük verməsi La Liqa təmsilçilərinin şansını artırır.

“Real” artıq futbolçu və onun nümayəndələri ilə fəal danışıqlar aparır. Bununla belə, Qabrielin ətrafı yekun qərar verməzdən əvvəl digər maraqlı klublarla da təmasları davam etdirir.

Transferin ümumi maliyyə paketinin 10-15 milyon avroya (20-30 milyon manat) çatacağı bildirilir. Bu məbləğə kompensasiya, futbolçunun maaşı, bonuslar və digər ödənişlər daxildir. Halbuki daha əvvəl “Mançester Yunayted”in yalnız 300 min avro hazırlıq kompensasiyası tələb edəcəyi gözlənilirdi.

Məlumata görə, Qabrielin nümayəndələri futbolçu üçün illik bir milyon avrodan çox maaş da istəyirlər. Bu səbəbdən maliyyə şərtləri transfer uğrunda mübarizədə həlledici rol oynaya bilər.

Bənzər xəbərlər