PSJ-nin istədiyi hücumçuya qiymət qoyuldu - 95 milyon
PSJ “Bornmut”da çıxış edən hücumçu Eli Junior Krupini qış transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir.
Msport.az xəbər verir ki, Paris təmsilçisi komandanın hücum xəttindəki futbolçuların ciddi zədələri fonunda 20 yaşlı oyunçunun transferi ilə bağlı danışıqları intensivləşdirə bilər.
Belə ki, Fransa millisinin hücumçusu Dezire Due noyabrın 21-də çempionatın XI turunda “Nitsa” ilə keçirilən və 3:2 hesabı ilə başa çatan oyunda dizindən zədələnib. Bundan əvvəl isə Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya çarpaz bağlarının qırılması səbəbindən sıradan çıxıb.
Fransalı futbolçu ilə “Arsenal” və “Tottenhem” də maraqlanır. Krupinin transferi potensial alıcıya ən azı 95 milyon avroya başa gələ bilər.
Lakin “Bornmut” qış transfer pəncərəsində əsas oyunçularından biri ilə yollarını ayırmaq niyyətində deyil. Bu isə mümkün transferi çətinləşdirə bilər.







