featured-image-57400

Tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terim “Qarabağ”ın dəvəti ilə Azərbaycana gəlib.

Klubdan Msport.az-a verilən məlumata görə, fəxri qonaq “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək. Qeyd edək ki, Fatih Terim məşqçi kimi Türkiyə millisində və “Qalatasaray” klubunda böyük uğurlar qazanıb.

media-17316866182747164446_1200x630

Bənzər xəbərlər