featured-image-22953

“Neftçi”nin sabiq futbolçusu Fəhmin Muradbəyli bu gün I Divizionda “İmişli” ilə oyunda dubl edib.

Msport.az xəbər verir ki, bu, 29 yaşlı yarımmüdafiəçinin “Araz Naxçıvan”ın heyətində 2-ci matçı olub. O, ötən tur “Qarabağ-2” ilə görüşdə 89-ci dəqiqədə meydana çıxmışdı.

Start heyətində oyuna daxil olan vinger 17 və 36-cı dəqiqələrdə fərqlənib.

“Araz Naxçıvan” “İmişli” üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Bu qalibiyyətdən sonra Naxçıvan təmsilçisi 38 xalla turnir cədvəlinə başçılıq edir.

AYXAN 

Bənzər xəbərlər