featured-image-12557

Türkiyənin “Fənərbaxça” komandasının baş məşqçisi Jorje Jezus 3 futbolçunu əsas komandadan uzaqlaşdırıb.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Uruqvaylı müdafiəçi Maurisio Lemos, çexiyalı arxa xətt oyunçusu Filip Novak və portuqaliyalı vinger Bruma yeni mövsüm üçün sifariş olunmayıblar. Klub Brumanın zədə səbəbindən bir müddət müalicə alacağını da açıqlayıb. İstanbul təmsilçisi hər 3 oyunçuya qərarı anlayışla qarşıladıqları üçün təşəkkür edib. Onların mövsümün qalan hissəsi üçün sifariş edilib-edilməyəcəyi və ya komandada qalıb-qalmayacağı isə qış fasiləsində göstərəcəkləri performansdan asılı olacaq.

Bənzər xəbərlər