“Ferentsvaroş”da “Qarabağ”la oyundan əvvəl ciddi itki
Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Henri Uinqo zədələnib.
Msport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.
Rusiyalı məşqçi bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu buraxacaq.
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu qarşılaşmaya saat 20:00-da start veriləcək.