RƏSMİ: Fərid Nəbiyev "Turan Tovuz"la müqavilə bağladı
Fərid Nəbiyev də “Kəpəz”i tərk edib. Msport.az xəbər verir ki, 23 yaşlı futbolçu “Turan Tovuz”la bir illik müqavilə bağlayıb.
Beləliklə, Nəbiyev qardaşları yenidən ayrı-ayrı klublarda çıxış edəcəklər. Yusif “Səbail”lə anlaşıb.
Fərid karyerası ərzində “Qəbələ”, “Slaviya” (Praqa), “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya) klublarında çıxış edib.
O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 30 oyunda 4 qol vurub.
AYXAN







