Rəcəbov geriləyib, Beydullayevadan sıçrayış
FİDE şahmatçıların aprel reytinqini açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.
39 yaşlı qrossmeyster 2 pillə irəliləyib. Aktivində 2733 xal olan Məmmədyarov 17-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbov 3 pillə geriləyib. O, 2723 xalla yenə 28-cidir.
Digər qrossmeysterimiz Rauf Məmmədov (2651) mövqeyini qoruyub. Milli üzvü 85-ci yerdədir.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-ın şərəfini qoruyan Fabiano Karuana (2803) və Hikaru Nakamura (2789) izləyir.
Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. 34-cü olan təmsilçimizin aktivində 2436 xalı var. 31 pillə irəliləyən Gövhər Beydullayeva (2402) 46-cıdır.
5 pillə geriləyən Ülviyyə Fətəliyeva (2377) 72-ci, üç addım irəliləyən Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar. “100-lüy”ə qayıdan Xanım Balacayeva 2371 xalla 77-cidir.
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2559), üçüncü sırada Aleksandra Qoryaçkina (FİDE, 2553) qərarlaşıb.