featured-image-2782

Futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.

Msport.az Federasiyanın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hər iki matç mayın 7-də Bakı İdman Sarayında keçiriləcək.

Əvvəlcə meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları üz-üzə gələcək. Bu qarşılaşma saat 12:00-da start götürəcək.

Saat 15:00-da isə final oyunu olacaq.  “Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Bənzər xəbərlər