featured-image-82666

Fransanın “Lans” klubu baş məşqçisi Dino Topmöllerlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Dino Topmöller 2026-cı ilin iyunundan “Lans”ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ilk dəfə Fransa Superkubokunun qalibi olub. Lakin “Lans” cari mövsümə uğursuz başlayıb. Komanda Liqa 1-in ilk 4 turunda cəmi 4 xal toplayıb və turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Müqavilənin pozulmasına əsas səbəb məşqçilər korpusunun yenidən təşkili ilə bağlı fikir ayrılığı olub. Topmöller klub rəhbərliyinin təklif etdiyi dəyişiklikləri qəbul etməyib.

Bənzər xəbərlər