Fransa millisi Umtitini də itirdi
“Leççe”nin müdafiəçisi Samuel Umtiti İtaliya çempionatının 13-cü turunun “Udineze” ilə matçını (1:1) başa vura bilməyib.
Msport.az xəbər verir ki, 28 yaşlı fransalı futbolçu görüşün 57-ci dəqiqəsində əvəzlənib.
Umtiti belindən zədə alıb. Onun üçün bu oyun yayda “Barselona”dan keçdiyi İtaliya klubunda üçüncü olub.
Fransa millisinin digər futbolçuları – Pol Poqba, Korentin Tolisso və Nqolo Kante də daha əvvəl zədələnmişdilər. Onlar 2022-ci ilin dünya çempionatını buraxa bilərlər.