Fransa millisində təcili dəyişiklik - Nkunkunun yerinə yeni hücumçu çağırıldı
Fransa millisinin heyətində dəyişiklik edilib.
Msport.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kristofer Nkunkunu Randal Kolo-Muani əvəz edəcək.
Qeyd edək ki, “Leyptsiq”in hücumçusu Nkunku dünən məşqdə Kamavinqa ilə mübarizədən sonra zədələnib. Baş məşqçi Didye Deşam bundan sonra Almaniya Bundesliqasında çıxış edən digər hücumçu Kolo-Muaniyə (Ayntraxt) dəvət göndərib.
23 yaşlı forvard “Ayntraxt”la birgə Yaponiyada idi. O, sabah səhər Fransa millisinin Dohadakı düşərgəsinə qoşulacaq.
Randal Fransa yığmasında sentyabrda debüt edib. O, milllidə 2 oyun keçirib.
Kolo-Muani bu mövsüm “Ayntraxt”ın heyətində 23 oyunda 8 qol vurub və 10 məhsuldar ötürmə verib.