featured-image-21930

“Peşəkar karyeramı bitirməmişəm”.

Bunu Msport.az-a açıqlamasında qış fasiləsində “Zirə”dən ayrılan Təmkin Xəlilzadə deyib.

Futzal üzrə II Liqada çıxış edən “Rəvan” klubuna keçən 30 yaşlı yarımmüdafiəçi bunu formada qalmaq üçün etdiyini bildirib: “Bu komandada dostlarım çıxış edir. Formada qalmaq üçün və futzala olan marağımdan onlardan orada oynamağı xahiş etdim. Dedilər ki, problem yoxdur. Hər hansı müqavilə imzalanmayıb. Ümumiyyətlə, böyük futbolla vidalaşmaq söhbəti yoxdur”.

O, “Niyə bu gün Azərbaycan futbolunda Təmkin Xəlilzadəyə ehtiyac duyulmur” sualına belə cavab verib: “Yəqin, belə məsləhət görülüb (gülür). Əslində qış fasiləsində 1-2 klubdan təklif oldu, amma şərtlər məni qane etmədi”.

Xəlilzadə “Zirə”dən ayrılmasının səbəbini də açıqlayıb: “Hər şey qarşılıqlı razılıq əsasında oldu. Ciddi bir şey baş verməyib”.

Qeyd edək ki, Təmkin Xəlilzadə “Zirə” ilə yanaşı, “Qarabağ”, AZAL, “Qəbələ” və “Sabah”ın da formasını geyinib.

Bənzər xəbərlər