Futzal millimizin heyəti açıqlandı
Aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı olacaq.
Msport.az xəbər verir ki, aprelin 8-dən 12-dək keçiriləcək hazırlıq prosesində 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı iştirak edəcək.
Baş məşqçi Vitali Borisov toplanışın yekununda Gürcüstana aparacağı heyəti müəyyənləşdirəcək.
| № | Ad, soyad | Klub |
| 1 | Emin Kürdov | Araz-Naxçıvan |
| 2 | Rövşən Hüseynli | Atırau (Qazaxıstan) |
| 3 | Kamran Hacıyev | Baku Fire |
| 4 | Novruz Kazıxanov | Araz-Naxçıvan |
| 5 | Emil Həsənzadə | Araz-Naxçıvan |
| 6 | Xəzər Ağalızadə | Araz-Naxçıvan |
| 7 | Tofiq Mikayılov | Baku Fire |
| 8 | Kənan Manafov | Baku Fire |
| 9 | Oktay Rüstəmli | Baku Fire |
| 10 | Nihad İsmayılov | Baku Fire |
| 11 | Fərid Atakişiyev | Neftçi İK |
| 12 | Ülvi Əliyev | Neftçi İK |
| 13 | Amir Şojaei | Neftçi İK |
| 14 | Qüdrət Qasımzadə | U-19 |
| 15 | Fərid Abbasov | Baku Fire |
| 16 | İlham Alıyev | U-19 |
| 17 | Murad Quluzadə | Baku Fire |







